Haaland “Dağıstanda iki-üç il” meminə belə reaksiya verdi
“Mançester Siti” və Norveç millisinin hücumçusu Erlinq Haland sosial mediada geniş yayılan “Dağıstanda iki-üç il” meminə reaksiya verib.
Aut.az xəbər verir ki, norveçli şərhində “Oğlumu ora göndərmək üzrəyəm” yazıb.
Daha əvvəl UFC-nin yüngül çəki çempionu İslam Maxaçev müsahibə zamanı müxbirin oğlu haqqında sualına “Onu iki-üç il Dağıstana göndər və unut” deyərək, bunun oğlunun əsl döyüşçü olmasına kömək edəcəyinə işarə etmişdi.
Bu ifadə sosial mediada məşhurlaşdı və bir sıra istifadəçilər idmançının məsləhətinə qulaq asdıqdan sonra övladlarının dəyişdiyini göstərən foto və videolar paylaşdılar.
Aut.az
