Dəhşətli qəzadan sonra ilk dəfə danışdı: Hələ də inana bilmirəm
Sabiq dünya çempionu Entoni Coşua iştirakçısı olduğu ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, Britaniyalı boksçu UFC-nin sabiq çempionu Usman Kamaro ilə söhbət zamanı yaşadıqlarını bölüşüb.
“İki yaxın dostumu itirdim. Hər ikisi sağ tərəfdə əyləşmişdi. Biri öndə, digəri arxada idi – hər ikisi həyatını itirdi. Buna hələ də inana bilmirəm, bunu qəbul etmək çox çətindir. Həyat çox qısadır. Hazırda isə səninlə ilk dəfə danışıramsa (Kamaro nəzərdə tutulur – red.)”, – deyə Coşua bildirib.
Xatırladaq ki, qəza nəticəsində Entoni Coşuanın iki yaxın dostu – britaniyalı boksçunun məşqçiləri Lats və Sina dünyasını dəyişib. Hər ikisi avtomobilin ön oturacağında olub.
Aut.az
Anthony Joshua FaceTimed Kamaru Usman following the fatal car accident that took the lives of two of his close friends last week. 🇳🇬❤️
— MMA Orbit (@mma_orbit) January 8, 2026
