MY-nin çalışdırmaq üçün Ferqyusonun xeyir-duasını aldı
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçi səlahiyyətlərini icra edən Darren Fletçer Aleks Ferqyusonla söhbəti barədə danışıb.
Aut.az xəbər verir ki, şotlandiyalı mütəxəssis bu vəzifəyə təyin edildikdən sonra həmyerlisi və komandanın əfsanəsi çalışdırıcısı Ser Aleks Ferqyusonla söhbət etdiyini və ondan xeyir-dua aldığını bildirib:
“Bəli, Ser Alekslə danışmadan heç bir qərar qəbul etməyi sevmirəm. Kluba qayıtdığım gündən, hətta ondan ayrıldıqdan sonra da gördüyüm bütün işlərdə bu, belə olub. Ser Alekslə həqiqətən çox yaxşı münasibətim var, ona görə də yəqin ki, ilk zəng etdiyim şəxs o oldu. Əvvəlcə onunla danışmaq istədim. Açığı, sonda onun xeyir-duasını almaq üçün. Düşünürəm ki, o, bu hörmətə layiqdir.
Onun nə düşündüyünü müzakirə etmək istədim. O da bunu dəstəklədi və mənim həmişə dediyim, düşündüyüm fikirləri təkrarladı. Bizim işimiz “Mançester Yunayted” üçün mümkün olan hər şeyi etməkdir. Klubun əməkdaşı olduğun zaman əsas vəzifən “ Yunayted” üçün əlindən gələni etmək idi. Onun hər gün inanmağa və bu prinsiplə yaşamağa çalışdığım fikirləri dilə gətirməsi inanılmazdır. Buna görə də bunları birbaşa ondan eşitmək mənim üçün çox xoş oldu”.
Aut.az
