Hər şeyi başa düşdü və üzr istədi – “Bavariya”dan açıqlama
“Bayern Münhen”in idman direktoru Xristo Freund komandanın hücumameyilli yarımmüdafiəçisi Lennart Karlın mübahisəli şərhlərinə cavab verib.
Aut.az xəbər verir ki, 17 yaşlı futbolçu əvvəllər “Real Madrid” də oynamaq arzusunu bildirmişdi. Bu da azarkeşlərin kəskin narazılığına səbəb olmuşdu. Bu mövsüm o, “Bavariya” da 21 oyunda altı qol vurub və iki məhsuldar ötürmə edib .
“Lennart həmişə açıq ürəklə oynayan insandır. Meydanda olanda belə heç nədən qorxmur. Futbolu belə oynayır. Vəziyyət gərgin idi, o, bunu dərhal anladı və üzr istədi.
Biz bunu müzakirə etdik. O, özü bizə yaxınlaşdı və dedi ki, bu, heç də onun nəzərdə tutduğu şey deyil. Lennart ” Bayern” də özünü çox rahat hiss edir. Uşaq ikən o, bir vaxtlar “Real Madrid”də məşq edib – bu, onun xəyalındakı klub idi. Amma indi o, “Bayern”də çox xoşbəxtdir və onun bizimlə olmasına çox şadıq”, – Freund “ServusTV”də bildirib.
Aut.az
