“Fənərbağça”nın futbolçusu İtaliya klubunun hədəfində
“Roma” yanvar transfer pəncərəsində “Fənərbağça”nın müdafiəçisi Ceyden Oostervoldenin mümkün keçidi ilə bağlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Matteo Moretto məlumat yayıb.
Hazırda Evan Ndikanın Afrika Millətlər Kubokunda çıxış etməsi səbəbindən komandanın baş məşqçisi Can Piero Qasperini müdafiə xəttini gücləndirmək niyyətindədir.
24 yaşlı Oostervolde Türkiyə Superliqasında ən yaxşı müdafiəçilərdən biri kimi tanınır. O, xüsusilə pas oyunu və müdafiədəki sabit çıxışı ilə seçilir.
PSJ-nin mərkəz müdafiəçisi Lukas Beraldonun “Fənərbağça”ya keçidi ilə bağlı xəbərlər fonunda Oostervoldenin İstanbul klubundan ayrılması üçün yol açıla bilər.
Aut.az
