Vinisius üsyan etdi: Bunu hamı edir, amma məni fitə basırlar
“Real Madrid”in cinah oyunçusu Vinisius Junior komanda yoldaşlarının ona kifayət qədər ötürmə verməməsindən narazılıq edib.
Aut.az xəbər verir ki, Madrid klubu La Liqanın 18-ci turunda “Betis”i 5-1 hesabı ilə məğlub edib. “Movistar”ın “El Día Después” verilişində braziliyalı hücumçunun baş məşqçi Xabi Alonso ilə söhbət etdiyi kadrın bir hissəsi yayımlanıb.
Ekspertlər Vinisisusun Alonsoya nə dediyini dodaqları oxumaqla müəyyənləşdiriblər:
“Bu mümkün deyil, onlar ötürmə verməlidirlər. Hamı topu idarə etmək istəyir, amma məni fitə basırlar.
Qonsaloya de ki, topu ən azı bir dəfə ötürməlidir. Həmişə yox, amma ən azı bir dəfə”.
Aut.az
