“Neftçi” və “Sumqayıt”ın futbolçuları oynadı?
Mərakeşin ev sahibi olduğu Afrika Millətlər Kubokunda daha bir ¼ finalçı bəlli olub.
Aut.az xəbər verir ki, Misir yığması Benini məğlubiyyətə uğradıb.
Benin millisinin heyətində “Neftçi”nin futbolçusu Sessi Dalmeyda da start heyətində meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini isə oyunun iştirak ərizəsinə daxil edilməyib.
Misir – Benin 3:1
Qollar: Attia 69, İbrahim 97, Salah 120 – Dossu 83
