Azərbaycan futboluManşetSeçmə

Fərrux Mahmudov “Neftçi”dən nə qədər pul aparıb?

Fərrux Mahmudov “Neftçi”nin Müşahidə Şurasının qərarı ilə klubun icraçı-direktoru vəzifəsindən qovulub.  Onun “ağ-qaralar”dakı fəaliyyəti 11 ay çəkdi.

Klub Mahmudova “fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə” təşəkkür edib.  Ancaq hər kəs bilir ki, basketbol funksioneri “Neftçi”də yaradıcılıq və idarəçilik baxımından heç bir addım atmayıb. Nəticələr və klubun vəziyyəti ortadadır. Bu, onu qorumaq üçün verilən açıqlama idi.

Aut.az-ın əldə etdiyi məlumata görə, Fərrux Mahmudov paytaxt klubunda ortaya uğurlu iş qoya bilməsə də, şəxsi büdcəsini xeyli doldurub. Onun “Neftçi”nin icraçı-direktoru kimi aldığı aylıq məvacib təxminən 15 min manat olub. Bu postdakı fəaliyyət müddətinin 11 ay davam etdiyini nəzərə alsaq, ümumi məbləğ 165 min manat təşkil edib.

Mahmudov tək bu məbləğlə kifayətlənməyib. O, bonus və mükafatlar da alıb. Həmin məbləğ bizə dəqiq məlum olmasa da, “Neftçi”nin artıq sabiq olan icraçı-direktorunun ümumi qazancının 11 ay ərzində 200 min manatı keçdiyi bəllidir.

Aut.az