TürkiyəDünya futbolu

“Fənərbağça” yenə PSJ-nin qapısını döyəcək

PSJ müdafiəçi Lukas Beraldonu yanvar transfer pəncərəsində satmağa açıqdır.

Aut.az xəbər verir ki, futbolçunun durumu ilə yaxından maraqlanan klublardan biri də Türkiyənin “Fənərbağça”sıdır.

İstanbul təmsilçisi daha əvvəl PSJ-nin sabiq müdafiəçisi Milan Şkrinyarın transferində tətbiq etdiyi modeli təkrarlamaq niyyətindədir. Söhbət ilkin mərhələdə icarə və yayda satınalma opsiyası olan razılaşmadan gedir.

Yüksək potensialına baxmayaraq, Beraldo “Park de Prens”də gözləntiləri doğrulda bilməyib və baş məşqçi Luis Enrikenin etimadını qazanaraq əsas heyətin daimi üzvünə çevrilə bilməyib.

Hazırda İlya Zabarnı, Markinyoş və Vilyan Paço müdafiə xəttində yer alır. Bu isə gənc futbolçunun PSJ-də gələcəyini xeyli sual altına salır.

Aut.az