Müəmma: Onun “Çelsi”yə təyinatını prezident bloklayıb?
“Çelsi”nin “Strasburq”un baş məşqçisi Liam Rosenioru klubun yeni çalışdırıcısı kimi nəzərdən keçirdiyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, hətta onun Londonda olduğu, bu həftə rəsmən təqdim ediləcəyi də bildirilir. Amma “Topskills Sport”un məlumatına görə, Fransa klubunun prezidenti Mark Keller 41 yaşlı mütəxəssisin potensial gedişinin qarşısını alır.
O, mövqeyini “Çelsi”nin sahiblərinə aydın şəkildə bildirib. Keller baş məşqçini yanvar ayında buraxmaq niyyətində deyil. Tərəflər arasında danışıqlar davam edir. Liam Rosenior 2024-cü ilin iyul ayında “Strasburq”un baş məşqçisi vəzifəsinə başlayaraq üç illik müqavilə imzalayıb.
2025-ci ilin aprel ayında ingilis Fransa klubu ilə müqaviləsini daha üç il, yəni 2028-ci ilin iyun ayına qədər uzatdı. Hətta o zaman da mediada Rosenioru İngiltərə klubları ilə əlaqələndirən şayiələr yayılsa da, o, bütün bunları rədd etdi.
Aut.az
