Boks

Əfsanə borclarını ödəməyə pul tapa bilmir: Bir vaxtlar varlı o idi

Əfsanəvi boksçu Floyd Meyvezer ciddi maliyyə çətinlikləri ilə üzləşib.

Aut.az xəbər verir ki, keçmiş dünya çempionu bir sıra məhkəmə iddiaları və biznes problemləri ilə qarşı-qarşıyadır. Milyarder imici yaratmasına və dəbdəbəli həyat tərzini nümayiş etdirməsinə baxmayaraq, Meyvezer daşınmaz əmlakını girov qoyub, çoxmilyonlu kreditlər götürüb və vergi borclarına malikdir. İnsayderlərin bildirdiyinə görə, onun bəzi investisiya layihələri əsasən tərəfdaşların vəsaiti hesabına ayaqda qalıb.

Xatırladaq ki, Floyd Meyvezer daha əvvəl tarixdə ən varlı boksçuların ilk onluğuna daxil edilib. “GiveMeSport”-un məlumatına əsasən, 400 milyon dollar sərvəti ilə amerikalı boksçu bu siyahıda birinci yeri tutub.

Aut.az