Yeni reytinq: Dünyanın ən bahalı hücumçuları
Nüfuzlu portal “Transfermarkt” dünyanın ən bahalı hücumçularının reytinqini tərtib edib.
Aut.az xəbər verir ki, futbolda ən bahalı hücumçu titulunu üç oyunçu bölüşür: “Barselona”nın hücumçusu Lamin Yamal, “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “Real Madrid”in hücumçusu Kilian Mbappe . Hər birinin bazar dəyəri 200 milyon avrodur.
Qeyd etmək lazımdır ki, Yamalın 18, Haalandın 25 və Mbappenin 27 yaşı var.
Daha sonra 150 milyon avroluq transfer qiyməti olan “Real Madrid”dən Vinisius Junior gəlir. Sonrakı yerləri 130 milyon avroluq transfer qiyməti olan üç oyunçu tutur: Bukayo Saka (“Arsenal”), Aleksandr İsak (“Liverpul”) və Maykl Olise (“Bavariya”).
Aut.az
