Bu şokdur: klub sahibi ilə gərginlik vardı – Əfsanə onun qovulması haqda
“Çelsi”nin keçmiş futbolçusu Con Terri Entso Mareskanın komandanın baş məşqçisi vəzifəsindən getməsi ilə bağlı danışıb.
Aut.az klub italiyalı mütəxəssislə yolları ayırdığını rəsmi olaraq yanvarın 1-də açıqlayıb.
“Nə baş verdiyini bilmirəm. Əsas komanda ilə işləmirəm, ona görə də detalları bilmirəm. Kənardan fikrim budur ki, baş məşqçi ilə klub sahibi arasında açıq-aydın gərginlik var və məhz buna görə də onlar bu qərara gəliblər.
Bu şokdur, çünki üç-dörd həftə əvvəl “Barselona”ya qarşı çox gözəl oyun keçirmişdik. Hər şey çox yaxşı görünürdü və indi komanda tənəzzüldədir və ən yaxşı vəziyyətindən çox uzaqdır”, – deyə “mavilər”in gənclər akademiyasında vəzifə tutan Terri ingilis mediasına bildirib.
Aut.az
