Qaydasız döyüş

Görün Həbib üçün birinci idman növü hansıdır: Təsadüfən döyüşçü oldum

UFC əfsanəsi Həbib Nurməhəmmədov futbola olan sevgisindən danışıb.

Aut.az xəbər verir ki, Həbib bu barədə  Dünya İdman Sammitində (World Sports Summit) deyib:

“Bütün həyatım boyu futbol izləmişəm və bu, hələ də mənim bir nömrəli idman növümdür. Gənc olanda futbolçu olmağı arzulayırdım. Amma təsadüfən döyüşçü oldum – çünki doğulub böyüdüyüm yer bunu tələb etdi. Üstəlik, atam məşqçi idi. Ona görə də həmişə zarafat edirəm: “Təsadüfən döyüşçü oldum, amma futbol həmişə ürəyimdədir”.

Aut.az