O, millidə əsas fiqur olmayacaq: “Real”ın əfsanəsi Yamal haqda
“Real Madrid”in keçmiş hücumçusu Raul Qonsales “Barselona”nın hücumçusu Lamin Yamal haqda danışıb.
Aut.az xəbər verir ki, Raul Yamalın DÇ-2026-da İspaniya millisinin əsas oyunçusu olmayacağını iddia edib.
“Hamımız bilirik ki, o, vacib oyunçu olacaq, amma Lamin milli komanda üçün əsas fiqur olmayacaq. Meydanda ulduz ola bilməsi və hər oyunda bizi daim xilas etməməsi üçün onu dəstəkləməli olan daha təcrübəli oyunçular var. Ona yer verməliyik.
Onun böyük istedadı var və çox gəncdir, bunu klubu və İspaniya millisi ilə göstərib. Onu ilk dəfə “Santyaqo Bernabeu”da Braziliyaya qarşı yoldaşlıq oyununda canlı izlədim və o, həqiqətən də başqa səviyyədə idi. Amma o, öz adaptasiya prosesindən keçir. Düşünürəm ki, hələ də görüləsi işləri var. Aydındır ki, əgər yaxşı oynasa, ikinci Dünya kubokunu qazanmaq arzumuzu gerçəkləşdirməyə kömək edəcək”, – deyə AS Rauldan sitat gətirib.
Aut.az
