Azərbaycan futbolu

“Turan Tovuz”da ayrılıq – RƏSMİ

“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.

Aut.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022/2023 mövsümündən “Turan Tovuz”un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.