Azərbaycan futbolu

“Neftçi”nin legionerindən təsirli jest: Medalını ona bağışladı – FOTO

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Aut.az xəbər verir ki, mövsümü üçüncü pillədə başa vuran “Neftçi”yə bürünc medallar tədqim olunub. “Ağ-qaralar”ın hücumçusu Mateus Saldanya öz medalını komandanın fiziki məhdudiyyətli azarkeşinə bağışlayıb.

Bu, həmin fanata bağışlanan ilk medal deyil. 2018/19 mövsümündə Aqil Məmmədov da eyni əyarda medalını ona bağışlamışdı

Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı qış fasiləsində heyətinə qatıb. Braziliyalı forvard paytaxt klubunun heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Neftçi”nin legionerindən təsirli jest: Medalını ona bağışladı – FOTO

“Neftçi”nin legionerindən təsirli jest: Medalını ona bağışladı – FOTO