Boks

Qayıdır: Kiminlə döyüşmək istəyir?

Ukraynalı boksçu Aleksandr Usik növbəti rəqibinin kim ola biləcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Usik Səudiyyə Ərəbistanında keçirilən boks tədbirində jurnalistlərə bildirib:

“Gələn il rinqə qayıdacağam. “Bürünc bombardmançı” ilə döyüşmək istəyirəm”.

“Bürünc bombardmançı” ləqəbi Deontey Uaylderə 2008-ci il Olimpiadasında bürünc medal qazandıqdan sonra verilib.

Uaylder karyerasında 44-4-1 rekorduna malikdir, lakin son altı döyüşünün dördündə məğlub olub.

2025-ci ildə Usik (24-0) Daniel Dyubuanı məğlub edərək şəksiz mübahisəsiz ağır çəki titulunu geri qaytarıb. Daha sonra Usik Fabio Uordliyə qarşı döyüşdən imtina etdikdə kəmərlərindən birini itirib.

Aut.az