İsveçlilərin ruslarla bağlı mövqeyi: Qayıtmasınlar
“Expresse”nin İsveçli jurnalisti Tomas Pettersson Rusiyanın beynəlxalq yarışlara mümkün qayıdışı ilə bağlı İsveçdəki əhval-ruhiyyəni şərh edib.
Aut.az xəbər verir ki, jurnalist isveçlilərin rusların geri qayıtması ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.
“Vətəndaşlarımızın əksəriyyəti Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılmasını qüvvədə saxlamağı üstün tutardı. Korostelev və Nepryaevanın “Tur de Ski” yarışında nə qədər yaxşı çıxış edəcəklərini demək çətindir . Davosda onlar məni çox təsirləndirmədilər, amma mən trasın hündürlüyünü görməməkdən özümü saxlaya bilmirəm. Orada ilk dəfə qaçmaq həqiqətən çox çətindir. Ümumilikdə, əgər onlardan hər hansı biri Tur de Ski yarışında ilk onluğa düşsə, çox təəccüblənərdim”, – Pettersson Sport24 müxbiri Şatrovla müsahibəsində deyib.
“Тур de Ski” yaışı 28 dekabr 2025-ci ildən 4 yanvar 2026-cı ilə qədər İtaliyanın Toblax və Val di Fiemme şəhərlərində keçirilir. Rusiyalı idmançılar Saveliy Korostelev və Daria Nepryaeva turnirdə neytral idmançılar kimi iştirak edirlər.
Aut.az
