Əfsanənin evini qarət etdilər
Avstraliyalı üzgüçü və dəfələrlə Olimpiya çempionu Yan Torp qarət edilib.
Aut.az xəbər verir ki, “9News” portalının məlumatına görə, oğrular Torpun Sidneydəki evinə girərək təxminən 100 min dollar dəyərində əşyalar və zinət əşyaları oğurlayıblar.
Polis artıq hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.
Yan Torp Avstraliyanın ən titullu idmançılarından biridir, Olimpiya çempionu (2000 – üç dəfə, 2004 – iki dəfə), 11 qat dünya çempionu (1998-2003). O, 2006-cı ildə karyerasını bitirib. Sidneydə üzgüçülük üzrə olimpiya hazırlığı mərkəzi Torpun adını daşıyır.
Aut.az
