Azərbaycanın məşhur güləşçisi həbs edildi
Güləş üzrə Azərbaycan milli komandasının sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Aut.az xəbər verir ki, Elman Muxtarova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 128-ci ( qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb
Muxtarov ötən il münasibətdə olduğu qadının evinə basqın edib. O, həmin vaxt qadının əri M. Məmmədova bıçaqla xəsarət yetirib, evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib.
O, Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. Muxtarov sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.
