Azarkeş olmaq çətindir: Qavi nə vaxt qayıdır?
“Barselona”nın oyunçusu Qavi zədəsinin sağalma müddəti barədə danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini “Mundo Deportivo” yayıb.
“Mən hər şeyə riayət edirəm və hələlik işlər yaxşı gedir. Nəzəri olaraq, beş aydan sonra oynaya biləcəyəm”, – deyə oyunçu bildirib.
Futbolçu qeyd edib ki, hazırda əsas məqsədi tam sağalmaqdır, baxmayaraq ki, tamaşaçı rolu onun üçün olduqca çətindir.
“Əvvəla, səbirli olmalıyam. Məni ən çox incidən şey komanda yoldaşlarımın oyununu izləmək və oynaya bilməməkdir. Amma hazırda yalnız bir şey istəyirəm – daha yaxşı olmaq”, – Qavi deyib.
Sentyabr ayında Qavi medial menisk zədəsini bərpa etmək üçün artroskopik əməliyyat keçirib. 21 yaşlı ispaniyalı bu mövsüm “Barselona”da cəmi iki oyunda iştirak edib və ümumilikdə 66 dəqiqə meydanda olub. Bu matçlarda o, bir məhsuldar ötürmə edib.
Aut.az
