Əfsanə canlı yayımda nəhəng ekranı belə sındırdı – VİDEO
Əfsanəvi basketbolçu, hazırda analitik və televiziya aparıcısı Şakil O’Nil TNT televiziya kanalında yayımlanan şou zamanı nəhəng ekranı sındırıb.
Aut.az xəbər verir ki, video sosial mediada yayımlanıb.
Şakil qaçarkən səhnədəki nəhəng ekrana fərq etməyib və ona çırpılıb. Ekran qırılıb, əfsanə digər otağa yıxılıb.
Xatırladaq ki, Şakil dördqat NBA çempionu, mövsümün ən dəyərli oyunçusu, üçqat NBA finalının ən dəyərli oyunçusu və 15 dəfə All-Star oyunçusu olub. ABŞ milli komandasının üzvü kimi Şakil dünya və Olimpiya çempionu olub.
Aut.az
