Digər

Olimpiya çempionu öldü

Çəkic atma üzrə olimpiya çempionu Anatoli Bondarçuk 85 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.ua” məlumat verib.

İdmançı 2004-cü ildən bəri yaşadığı Kanadanın Kamlups şəhərində vəfat edib. Ölüm səbəbi barədə məlumat verilməyib.

1972-ci il Olimpiadasında Bondarçuk qızıl medal qazanaraq Olimpiya rekordu qırıb. O, həmçinin 1969-cu il Avropa Çempionatının və dörd SSRİ çempionatının qalibi olub. Bondarçuk 1980 və 1988-ci il Oyunlarında Sovet İttifaqının çəkic atma komandasına məşqçilik edib.

Aut.az