Digər

BOK daha bir rusiyalı idmançıya dəvətnamə verdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) daha bir rusiyalı idmançıya, xizək alpinisti Nikita Filippova 2026-cı ildə İtaliyada keçiriləcək Oyunlara rəsmi dəvət göndərib.

Aut.az xəbər verir ki, idmançı bu barədə TASS-a bildirib.

O, artıq bütün lazımi sənədləri təqdim etdiyini qeyd edib.  “Dəvətnaməm qəbul edildi və təsdiqləndi. Mən sürətlə hazırlaşıram və formaya düşürəm”, – Filippov deyib.

Noyabrın 27-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı fiqurlu konkisürənlər Adelia Petrosyan və Petr Qumennikin 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında neytral kimi iştirak etməsinə icazə verdiyi açıqlanmışdı. Bu qərar xüsusi idmançılar komissiyası tərəfindən qəbul edilib.

Aut.az