Digər

MDB Oyunları: Azərbaycan komandası “gümüş” qazandı

Azərbaycanın oğlanlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarının gümüş mukafatına layiq görülüb.

Aut.az xəbər verir ki, komanda yarışlarının final matçında Rusiya kollektivi ilə üz-üzə gələn Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət seçmə 0-2 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.