Həsən Mustafa yenə prezident seçildi: Rusları qaytaracaq?
Misirli Həsən Mustafa Beynəlxalq Həndbol Federasiyasının (İHF) prezidenti vəzifəsini qoruyub.
Aut.az xəbər verir ki, Mustafa prezident seçkilərində səslərin 73 faizini qazanıb.
81 yaşlı Mustafa 2000-ci ildən bəri Beynəlxalq HİF-in prezidentidir. O, 129 səs toplayıb, sloveniyalı Franjo Bobinac 24 səslə ikinci, almaniyalı Gerd Butzek 20 səslə 3-cü olub. Niderlandlı Tjark De Lanqeyə cəmi üç səs verilib.
Beynəlxalq Həndbol Federasiyasının prezidenti əvvəllər təşkilatın Belarus və Rusiya milli komandalarının beynəlxalq yarışlara qayıtması üzərində işləməyə davam etdiyini bildirmişdi. Mustafa Belarus Həndbol Federasiyasına göndərdiyi məktubda tezliklə komandaların turnirlərə buraxılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Rusiya və Belarus milli komandaları 2022-ci ildən bəri Beynəlxalq Həndbol Federasiyasının (İHF) və Avropa Həndbol Federasiyasının (EHF) qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Aut.az
