Azərbaycan futbolu

FİFA reytinqi: Azərbaycan ili bu pillədə bitirdi

FİFA milli komandaların 2025-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

Aut.az xəbər verir ki, 1132.97 xala malik olan Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb. Komanda 127-cü sırada qalıb.

Siyahıya isə İspaniya başçılıq edir. “Matadorlar”ın aktivində 1877.18 xal var. Türkiyə millisi isə 1582.69 xalla 25-cidir.

Aut.az