Dünya futbolu

Benzema Pikasssonun əsərini aldı: Nə qədər pul verib? – FOTO

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema məşhur ispan rəssamı Pablo Pikassonun “Saqqallı kişinin portreti” adlı rəsmini alıb.

Aut.az xəbər verir ki, bununla bağlı sosial mediada paylaşım edən Benzema yazıb:

“Evə xoş gəldiniz”.

“RMC Sport”un məlumatına görə, rəsm əsəri 2025-ci ilin əvvəllərində Nyu-Yorkdakı incəsənət satıcısı Helly Nahmadın qalereyasında nümayiş etdirilib. Satınalma qiyməti açıqlanmayıb, lakin Pikassonun rəsmlərinin hərraclarda tez-tez 1 milyon avrodan baha satıldığı məlumdur.

Benzema Pikasssonun əsərini aldı: Nə qədər pul verib? – FOTO

Aut.az