Boks

Coşua Polun çənəsini sındırıb

Ceyk Pol Entoni Coşua ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, Polun  ağır çəkidə keçmiş çempionla döyüşdə tez bir zamanda nokaut ediləcəyi gözlənilirdi, amma belə olmadı.

Coşua rəqibini beşinci raundda iki dəfə yerə yıxdı, sonra isə altıncı raundda texniki nokautla qalib gəldi.

Pol rinqdəki səyləri ilə fəxr edir, lakin rəqibinin döyüş zamanı ona ciddi xəsarət yetirdiyini etiraf edib:

“Bu dəlilik idi, çox gözəl idim, belə çıxış etmək Allahın xeyir-duası idi. Entoni əla döyüşçüdür, amma mən geri qayıdacağam və qalib gəlməyə davam edəcəyəm”, – deyə Pol rinqə qan tüpürdükdən bir neçə saniyə sonra bildirib.

Həyatımın hər sahəsində artıq qalib gəlmişəm. Yeri gəlmişkən, çənəm qırılıb. Düzünü desəm, təəccüblənmirəm, sadəcə yorğunam, onun çəkisinə tab gətirmək çətin idi, düşünürəm ki, daha yaxşı kardio ilə mübarizəni davam etdirə bilərdim. Hər şeyimi verdim.

Əlbəttə ki, sınmış çənəmi sağaldacağam, geri qayıdacağam, çəki dərəcəmdəki rəqiblərimlə döyüşəcəyəm və birinci ağır çəki dərəcəsində dünya çempionluğu uğrunda mübarizə aparacağam”, – Pol deyib.

Aut.az