“O, artıq təşkilatımızdan rəqib tapmayacaq”
Dünya Boks Şurasının (WBC) rəhbəri Maurisio Suleyman Terens Krofordun təşkilata komissiya haqqı ödəmək istəməməsi barədə fikirlərini açıqlayıb.
Aut.az xəbər verir ki, funksioner bu sözləri deyib:
“Onun nailiyyətlərini alçaltmaq niyyətim yoxdur. Pis sözlər deyib, amma Kroford yaxşı boksçudur və uğurlu olmağa davam etsin. O, artıq 12 ildir çempiondur. Bu onun qərarıdır, haqqıdır, istədiyini deməkdə azaddır. O, danışmağa davam edə bilər, amma Terens artıq bizim təşkilatımızdan rəqib tapmayacaq”.
Xatırladaq ki, bir gün əvvəl Kroford WBC kəmərindən məhrum edilib. Buna səbəb çünki Kanelo ilə görüşündən sonra komissiya haqqı ödəmək istəməməsi olub.
Aut.az
