Həbibin tələbəsi dopinqdə “ilişdi” – Çempionluq əlindən alındı
Rusiyalı döyüşçü Movlid Xaybulayev dopinq qalmaqalına görə PFL-in yarımyüngül çəki titulundan məhrum edilib.
Aut.az xəbər verir ki, bu barədə Liqanın mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl, 35 yaşlı döyüşçünün 1 avqustda PFL Dünya Turnirinin Final mərhələsi zamanı götürülmüş nümunəsində qadağan olunmuş rekombinant eritropoietin maddəsi aşkar edilmişdi.
Movlid Xaybulayev 2026-cı ilin avqust ayına qədər – bir il müddətinə diskvalifikasiya edilib.
MMA əfsanəsi Həbib Nurməhəmmədovun tələbəsi olan Mövlid Xaybulayev MMA-da 25 döyüş keçirib və bunlardan 24-də qalib gəlib.
Aut.az
