“Real”ın sabiq futbolçusu Messi ilə bir komandada
“Tottenhem”in keçmiş müdafiəçisi Serxio Requilon azad agent kimi “İnter Mayami”yə keçib.
Aut.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Futbolçunun Florida komandası ilə müqaviləsi 2027-ci ilin dekabr ayına qədərdir və əlavə bir il də uzatmaq hüququ var. O, karyerasını bitirən Jordi Albanı əvəz edəcək.
Serxio Requilon “Real Madrid”in gənclər sisteminin yetirməsidir və həmçinin “kral klubu”nun əsas komandasında da oynayıb.
O, “Sevilya”, “Atletiko Madrid”, “Mançester Yunayted” və bir neçə başqa klublarda da çıxış edib.
“İnter Mayami” ötən mövsüm MLS çempionluğunu qazanıb.
Aut.az
