İngiltərə

Salaha qarşı çıxdı, belə sındırdılar: Mourinyonun sitatı və Dzola qarşısında rəqs – VİDEO

“Liverpul”un əfsanəsi Ceymi Karrager Məhəmməd Salahı tənqid etməsinə peşman olub.

Aut.az xəbər verir ki, azarkeşlər Karrageri sözün əsl mənasında ələ salırlar.

Onlar arxivdən Joze Mourinyonun Karrager haqqında sitatını çıxardıblar:

“Futbol tarixinin ən yaxşı 1000 müdafiəçisi arasında olmayan biri çox danışır. Heç vaxt Premyer Liqa titulunu qazanmayan biri, qazanan biri haqqında necə danışa bilər?”

Salaha qarşı çıxdı, belə sındırdılar: Mourinyonun sitatı və Dzola qarşısında rəqs – VİDEO

Digərləri isə Ceymi Karrager üçün kabus olan bir anı xatırladıblar. Bu, “Çelsi” ilə matçda baş verib, o zaman müdafiəçi əfsanəvi italyan Canfranko Dzola tərəfindən rəqs etməyə məcbur edilib. Bu anı bir dəfə də olsa görməyə dəyər.