Qəti qərar verdi: Üfüqdə heç nə görünmür
“Ferrari” pilotu Şarl Lekler menecerinə digər Formula 1 komandaları ilə heç bir əlaqə qurmamağı tapşırıb.
Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “Analisi Tecnica F1” nəşri yazıb.
“Məqsəd, sadəcə istənilən komanda ilə deyil, “Ferrari” ilə dünya çempionluğu titulunu vətənə gətirməkdir. Bilirik ki, hazırda onun yeganə fikri budur. Üfüqdə başqa heç nə yoxdur. O, 2026-cı ildə qüvvəyə minəcək yeni qaydalara diqqət yetirib”, – məqalədə deyilir.
Bu qərar, “Ferrari”nin illərdir ən pis nəticə göstərdiyi və Leklerin 2019-cu ildən bəri ilk dəfə qələbə qazana bilmədiyi çətin 2025 mövsümü fonunda qəbul edilib. Buna və son bir neçə ildə digər komandaların davamlı marağına baxmayaraq, pilot İtaliya komandasına sadiq qalır.
Aut.az
