Slott Salahla barışmazdan əvvəl kimlərdən məsləhət alıb?
“Liverpul”un baş məşqçisi Arne Slotun Məhəmməd Salahla görüşdüy və onu “Brayton”a qarşı İngiltərə Premyer Liqası oyunu üçün heyətə daxil etdiyi barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, niderlandlı məşqçi bu qərarı verməzdən əvvəl “mersisaydlılar”ın rəhbərliyi ilə müzakirələr aparıb və təcrübəli oyunçularla da söhbət edib.
Mənbənin məlumatına görə, Slot Salahla ötən həftəsonu, “Lids”lə Premyer Liqa matçından (3:3) sonra onun məşqçi ilə münasibətlərinin pisləşdiyini açıqladıqdan sonra, 12 dekabr cümə gününə qədər ünsiyyət qurmayıblar.
Aut.az
