Onun Misirə girişi qadağan edilə bilər: Salaha görə
“Liverpul”un və İngiltərə millisinin keçmiş futbolçusu Ceymi Karrager “Liverpul”un hücumçusu Məhəmməd Salahı tənqid etdiyi üçün Misirə giriş qadağan edilə bilər.
Aut.az “Indykalla” sosial media saytına istinadla xəbər verir ki, afrikalı futbolçunun nüfuzlu dostları bununla məşğuldur.
Məhəmməd Salah daha əvvəl klubu komandadakı mövqeyinə görə tənqid etmişdi. Forvard bu mövsüm oyun müddətinin əsassız olaraq azaldılmasından şikayətlənib. Baş məşqçi Arne Slot Salahı UEFA Çempionlar Liqasının 6-cı turunun “İnter”lə oyunu üçün heyətdən kənarlaşdırıb.
Karrager Salahın müsahibəsini biabırçılıq və baş məşqçiyə planlaşdırılmış hücum adlandırıb.
Aut.az
