“Barselona”nın ulduzu gələcəyi ilə bağlı qərarını verdi: DÇ-2026-dan sonra gedir?
“Barselona”nın braziliyalı vingeri Rafinya Dias 2026-cı il dünya çempionatından sonra komandadan ayrılmayacaq.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Səudiyyə Ərəbistanına mümkün transferi barədə yayılan söz-söhbətlərə baxmayaraq, Rafinya mövsüm başa çatdıqdan sonra “Barselona”nı tərk etmək niyyətində deyil. O, həm komandaya, həm də şəhərə bağlıdır. Kataloniya klubunda uzun müddət qalmaq istəyir.
Rafinya 2022-ci ilin yayında “Barselona”ya qoşulub. O, cari mövsümdə bütün turnirlərdə 12 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun klubla qüvvədə olan müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
