Azərbaycan futbolu

“Şəmkir”dən inamlı qələbə

Azərbaycan II Liqasında 12-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, üç günü əhatə edən turun son günündə 3 matç baş tutub.

“Şəmkir” “Dinamo”nun qonağı olub. Qərb təmsilçisi bakılılarla görüşdən qalib ayrılıb.

İddialılardan olan “Şirvan” doğma meydanda “Ağdaş”ı yenə bilməyib.

“Kür-Araz” İmişlidə “Göygöl” üzərində inamlı qalibiyyət əldə edib.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Qaradağ Lökbatan” “Ağstafa Gəncləri”ni 1:0, “Şəki Siti” “Araz Saatlı”nı 4:0, “Xankəndi” isə “Quba”nı 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası
12-ci tur
9 dekabr 

“Dinamo” – “Şəmkir” 0:2
Qollar: 
T.Mustafazadə, 51. T.Məmmədzadə, 70.

“Şirvan” – “Ağdaş” 0:0

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: 
E.Məmmədov, 33. Ə.Tağızadə, 90+6.