“Neftçi” Ukraynadan xorvat futbolçu alır – FOTO
Ukraynanın “Zaruya” klubunun xorvatiyalı yarımmüdafiəçi Yakov Başiç “Neftçi”yə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fuad Ələkbərov məlumat yayıb.
Hazırda klublar “Neftçi”nin baş məşqçisi Samir Abasovun şəxsən maraqlandığı futbolçunun transferi ilə bağlı danışıqlar aparır.
Azərbaycan klubu futbolçuya 2 illik müqavilə təklif etməyə hazırdır.
Xatırladaq ki, xorvatiyalı 2024-cü ilin qışında “Zarya”nın futbolçusu olub. Ötən mövsüm o, klubun heyətində bütün turnirlərdə 28 matçda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Aut.az
