Çin şirkəti məşhur yarış avtomobilini yenidən hazırladı: Görün neçə hissəyə bölüblər – FOTO
Çin şirkəti “CaDA” 1:8 ölçülü “Mercedes-AMG GT3” yarış avtomobilinin konstruktor modelini satışa çıxarıb.
Aut.az xəbər verir ki, rəsmi lisenziya ilə hazırlanan bu dəstin qiyməti 379 dollar təşkil edir.
Konstruktordan ibarət dəst 5466 detaldan hazırlanıb və pit-stop zamanı avtomobili qaldırmağa imkan verən pnevmatik sistemə malikdir. Bundan əlavə, modeldə səkkiz pilləli sürətlər qutusu və sükan idarəetməsi də mövcuddur. Qeyd olunur ki, avtomobil orijinaldakı bütün hava kanallarını özündə əks etdirir və arxa antiqanadın mümkün olan ən dəqiq surəti ilə təchiz edilib.
Xatırladaq ki, “Mercedes-AMG GT3” 6,2 litrlik, 404 kVt (550 a.g.) gücə malik atmosfer V8 mühərriki ilə təmin edilir. Avtomobil 0-dan 100 km/saat sürətlənməni 3 saniyəyə əldə edir, maksimal sürəti isə 332 km/saatdır.
Aut.az


