İspaniya

Bukmeklerlər “Real”ın baş məşqçi postuna namizədləri açıqladı: Favorit odur

Fransalı məqşçi Zinəddin Zidan “Real”a qayıda bilər.

Aut.az xəbər verir ki, El Mundo-nun məlumatına görə, Madrid klubunun rəhbərliyi 10 dekabrda Çempionlar Liqasında “Mançester Siti”yə qarşı baş tutacaq matçda məğlubiyyət olacağı halda Xabi Alonsonu istefaya göndərə bilər.

Qeyd olunur ki, baş məşqçi ilə futbolçular arasındakı münasibətləri artıq bərpa etmək mümkün deyil.

“Real”ın baş məşqçi postu üçün əsas favorit Zinəddin Zidan sayılır. 53 yaşlı fransız 2016–2018 və 2019–2021-ci illərdə “kral klubu”nu çalışdırıb.

Bukmekerlərin qiymətləndirməsinə əsasən, “Real”ın baş məşqçi postuna digər namizədlər belədir:

Zinəddin Zidan – 4.00
Yurgen Klopp – 5.00
Oliver Qlasner – 11.00
Andoni İraola – 13.00
Unai Emeri – 17.00