Yığmanın sabiq üzvü 54 yaşında öldü
“Anderlext”in və Belçika millisinin sabiq müdafiəçisi Qlen De Buk beyin qanamasından ölüb.
Aut.az xəbər verir ki, keçmiş futbolçu 54 yaşında dünyasını dəyişib. “RMC Sport”un məlumatına görə, o, bazar ertəsi gecə Antverpendə ölüb.
Keçmiş futbolçunun ailəsinin dediyinə görə, o, evdə olarkən beyninə ağır qan sızması keçirib, daha sonra dərin komaya düşüb və sonradan özünə gəlmədən dünyasını dəyişib.
Qlen De Buk Belçika millisində 36 oyun keçirib, 1 qol vurub. O, peşəkar futboldan ayrıldıqdan sonra məşqçi olub. Onun son klubu “Kortreyk” olub.
Aut.az
