İspaniya

Mbappe barmağını sındırdı: “Siti” ilə oyunda…

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya çempionatının 15-ci turunun “Selta” ilə oyununda (0:2) barmağını sındırıb.

Aut.az xəbər verir ki, bu barədə “El Partidazo de COPE” məlumat yayıb.

26 yaşlı fransalı futbolçu müdafiəçi Oskar Minquesa ilə mübarizədə birinci hissənin sonlarında zədələnib. Mbappenin sol əlindəki üzük barmağı sınıb.

Amma zədəsinin dekabrın 10-da Çempionlar Liqasında “Mançester Siti” ilə matçda oynamasına mane olmayacağı bildirilir.

Bu mövsüm Mbappe 24 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az