İngiltərə

İngiltərə nəhəngi ona görə 100 milyon ödəməyə hazırdır

“Palmeyras”ın yarımmüdafiəçisi Allan Elias karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, jjurnalist Ekrem Konurun məlumatına görə, “Nyukasl” futbolçunu 100 milyon avroya almaq üçün müqaviləsindəki xüsusi bəndi aktivləşdirməyə hazırdır. Bu məbləğ çox yüksəkdir, lakin “Palmeyras” perspektivli futbolçuları böyük vəsaitə satmağa öyrəşib.

Bildirilir ki, 21 yaşlı braziliyalı oyunçunu “Everton”, “Vest Hem” və “Fulhem” də izləyir.

2025-ci ildə Elias bütün turnirlərdə 55 matçda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.

Aut.az