Dünya cempionatı

Ançelotti Neymarın DÇ-2026-da oynayıb-oynamayacağını açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarın DÇ-2026 üçün yığmaya çağırılıb-çağırılmayacağını açıqlayıb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis “Globo Esporte”yə açıqlamasında bu sözləri deyib:

“Başa düşürəm ki, sizi Neymar çox maraqlandırır. Vəziyyəti aydınlaşdırmaq istəyirəm. Hazırda dekabrdır, dünya çempionatı isə iyunda keçiriləcək. Mən heyəti mayda açıqlayanda, əgər Neymar oynamağa layiq olarsa, sağlam olarsa, digər futbolçularla eyni səviyyədə və ya daha yaxşı durumda olarsa, o, dünya çempionatında iştirak edəcək. Bu qədər”.

33 yaşlı hücumçu 2023-cü ilin oktyabrından bəri Braziliya yığmasında oynamır. Onun millidə 128 oyunda 79 qolu və 59 məhsuldar ötürməsi var.

Braziliya millisi mundialda Şotlandiya, Haiti və Mərakeşlə eyni qrupda yer alıb. Dünya çempionatı 11 iyun–19 iyul 2026 tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə turnirdə 48 komanda iştirak edəcək və onlar 12 qrupa bölünüblər. Açılış oyununda Meksika ilə CAR milliləri qarşılaşacaq.

Aut.az