Arenanı su basdı, “Fənərbağça”nın oyunu təxirə salındı
“Olimpiakos” və “Fənərbağça” arasında nəzərdə tutulan Avroliqanın müntəzəm çempionat oyunu hava şəraiti səbəbindən təxirə salınıb.
Aut.az xəbər verir ki, Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Görüş cümə axşamı Pireydə (Yunanıstan) keçirilməli və Bakıvaxtı ilə 23:15-də başlamalı idi. “BasketNews”un məlumatına görə, güclü yağışlar səbəbindən arena su altında qalıb və bu, matçın keçirilməsini mümkünsüz edib.
Oyun üçün yeni tarix daha sonra açıqlanacaq.
Aut.az
