Lebronu hamilə kimi göstərən videolar: Vəkilləri tələb etdi ki…
“Los Anceles Leykers”in superulduzu Lebron Ceymisin vəkilləri rəsmi məktubla süni intellekt şirkətindən basketbolçunun hamilə olduğunu əks etdirən videoların çəkilməsini dayandırmağı tələb ediblər.
Aut.az xəbər verir ki, bu barədə “404 Media” məlumat yayıb.
“Lebronun nümayəndələrinin şikayəti dinlənildi və Ceymsin yer aldığı videolarda milyonlarla izləyicisi olan ən azı üç sosial media hesabı silindi”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu, Ceymisin onun imicindən istifadə edərək görüntülər yaratdığına görə şirkəti məhkəməyə verməklə hədələməsi ilə bağlı ilk hallardan biridir.
Aut.az
