Türkiyə

20 yaşlı futbolçu Türkiyə nəhənglərinin hədəfində

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin müdafiəçisi Taras Mixavko karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Günebakış” məlumat yayıb.

20 yaşlı futbolçuya “Qalatasaray” və “Trabzonspor” maraq göstərir.

“Mikhavko regional səviyyədəki çıxışları və yaşı səbəbilə “gələcək üçün investisiya” kimi baxılan oyunçular arasındadır. “Trabzonspor” skaut komandasından müsbət rəylər alan istedadlı ukraynalını transfer etməkdə maraqlı qalır.

Ukrayna millisinin müdafiəçisinin inkişafı “Qalatasaray” tərəfindən də izlənir. Bildirilir ki, “bordo-mavilər” Serdar Saatçinin mümkün gedişi səbəbilə müdafiəni gücləndirmək üçün sürətli variant tapmağa çalışırlar”, – deyə mənbə bildirib.

Cari mövsümdə Mixavko bütün turnirlərdə 23 oyun keçirib və üç qol vurub. Ukraynalı müdafiəçinin “ağ-göylər”lə müqaviləsi 2028-ci ilin iyununda başa çatır. 20 yaşlı futbolçunun transfer dəyəri altı milyon avrodur.

Aut.az