UFC əfsanəsi rusun əlini öpüb
Amerikalı UFC əfsanəsi Con Cons 2024-cü ilin fevralında Səudiyyə Ərəbistanında tanınmış rusiyalı döyüşçü Fyodr Yemelyanenko ilə görüşündən danışıb.
Aut.az xəbər verir ki, Cons bu barədə “Sport24”ə müsahibəsində deyib.
“Bəli, mən Fyodrla tanış oldum! Ən yüksək səviyyədə hörmətimi ifadə etməyə çalışaraq onun əlini öpdüm. Və bununla fəxr edirəm”.
49 yaşlı Fyodr 47 MMA döyüşü keçirib və 40 qələbə qazanıb. O, 2023-cü ilin fevralında karyerasını bitirib.
Aut.az
